İran Səhiyyə nazirinin müavini İreç Herirçi hər 33 saniyədə bir iranlının koronavirusa yoluxduğunu və hər 13 dəqiqədən sonra bir iranlının bu virusdan öldüyünü açıqlayıb.
Bu barədə “İhlas Haber Ajansı” (İHA) xəbər yayıb.
Koronavirusa qarşı mübarizədə maska və sosial məsafə tədbirlərinin əhəmiyyətini vurğulayan Herirçi qeyd edib ki, sosial məsafə tədbirləri koronavirusun ötürülməsini 82, maska istifadəsi 85, göz qoruyucuları 78 faiz azaldır.