Latviya Belarusla sərhəddə sədd çəkəcək

Latviya hökuməti qanunsuz miqrasiyanın qarşısını almaq üçün Belarusla sərhəddə tikanlı məftillərdən və digər infrastrukturdan ibarət sədd çəkməyi planlaşdırır.
Bu barədə ölkənin daxili işlər nazirliyindən məlumat verilib.
Məlumata əsasən, səddin çəkilməsi üçün artıq 1,7 milyon avro vəsait ayrılıb. Layihənin 2024-cü ilədək başa çatdırılacağı bildirilib.
Qeyd edək ki, Litvanın ardından Latviya da Belarusdan gələn kütləvi qanunsuz miqrasiya ilə üzləşib. Təkcə son 5 gün ərzində dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 295 nəfər saxlanılıb.