İndoneziyanın qərbi Cava bölgəsində çay təmizləmə işlərinə qatılan 11 tələbə boğuldu.
“Sherg.az” “Haber Global”a istinadən xəbər verir ki, “Cileueur” çayını təmizləmə işləri faciə ilə nəticələnib. Aidiyyəti qurumlar çay təmizləmə işlərinə qatılan 150 tələbənin 21-nin suya düşdüyü barədə məlumat verib. Sakinlər və xilasetmə qrupu 10 tələbəni sudan çıxarmağı bacarıb, 11-i isə həyatını itirib.
Bandunq və Axtarış Xilasetmə İdarəsindən Deden Ridvanşah bildirib ki, hava yaxşı idi və ani bir sel olmadı:
“Boğulan tələbələr bir-birinin əllərindən tuturdu. Biri sürüşdü, digərləri də arxasıyca düşdü”.