İranın cənub-şərqində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Kirman şəhərindən 58 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.