Rusiyanın “Red Wings” aviaşirkətinin Daşkənd-Kazan marşrutu üzrə RWZ1512 nömrəli reysini yerinə yetirən təyyarəsi pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsinə görə təyinat məntəqəsində eniş edə bilməyib.
Bu barədə “Report” “UzDaily” nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, Daşkənd vaxtı ilə saat 10:25-ə olan məlumata görə, təyyarə Samara istiqamətində hərəkət edib.
"Kazanda bir neçə partlayış səsi eşidilib. Pilotsuz təyyarələrin müəssisələrdən birinə hücum etməyə cəhd göstərdiyi bildirilir. Daha sonra Tatarıstan hakimiyyəti PUA hücumunun uğurla dəf edildiyini açıqlayıb. Xəsarət alanlar və dağıntılar qeydə alınmayıb", - məlumatda bildirilib.