105 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - FOTO

Marafonu başa vurduğu üçün Britaniya İmperiyası Ordeninin kavaleri adına layiq görülən 105 yaşlı qadın uzunömürlülüyünün səbəbini açıqlayıb.

Sherg.az oxu.az-a istinadən xəbər verir ki, Berkşir qraflığının Nyuberi şəhərindən olan Rut Sanders uzunömürlülüyünün və əla fiziki formasının əsas sirrinin müntəzəm idman, rasionunda tərəvəz bolluğu, həmçinin alkoqol və zərərli qidalardan demək olar ki, tamamilə imtinası ilə izah edib.

"Mən bütün tərəvəzləri sevirəm, tort və şokoladı çox yemirəm. Lap az nəyinsə dadına baxa bilərəm", - deyə o bildirib.

Qeyd edək ki, qadın aerotəcili yardım üçün pul toplamaq məqsədiylə 2020-ci il marafonunu başa vurmuşdu. O, əvvəl 500 funt-sterlinq (1,1 min manat) toplamağı planlaşdırsa da, toplanan ianənənin məbləği 39 min funt sterlinqdən (87,5 min manat) çox olub.

Sonders Britaniya İmperiyasının ordenini Vindzor qəsrində alıb. Qadın ikinci dəfədir ki, oxşar tədbirdə iştirak etdiyini deyib. İlk dəfə isə 85 il əvvəl, o və digər gənc Qırmızı Xaç tibb bacıları Kral V Corc və həyat yoldaşı Meri Tekskə təqdim olunanda kral qəbulunda iştirak edib.