ABŞ-ın Kentukki ştatında baş verən qasırğa nəticəsində azı 80 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir CNN-ə müsahibəsində bildirib.
ABŞı-ın İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla, bir sıra ştatlarında da qasırğa qeydə alınıb.
Qubernator əlavə edib ki, ölənlərin sayının 100-ü keçəcəyini təxmin edir.