Rusların Almatıdan təxliyyəsi davam edir

Rusların hərbi təyyarələrlə Almatıdan təxliyyəsi tapşırıq tamamlanana qədər davam edəcək.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Xəbərdə deyilir:
"Rusiya Müdafiə Nazirliyi Yeni il bayramı günlərində Qazaxıstanda olmuş və vətənə qayıtmaq arzusunda olan Rusiya vətəndaşlarının Almatıdan hərbi-nəqliyyat təyyarələri ilə təxliyyəsini davam etdirir. Rusiya vətəndaşlarının təyyarə ilə təxliyəsi nazirlik tapşırığı yerinə yetirənə qədər davam edəcək”.
Mazirliyin məlumatına görə, göyərtəsində 145 rusiyalı olan daha bir İl-76 hərbi-nəqliyyat təyyarəsi Almatı hava limanından qalxmağa hazırlaşır. Rusiya vətəndaşları Moskva yaxınlığındakı Çkalovski aerodromuna çatdırılacaq. 
Qeyd edək ki, son bir neçə gündə Rusiya və digər dövlətlərin 1719 vətəndaşı hərbi təyyarələrlə Qazaxıstandan Rusiya Federasiyasına aparılıb.
Xanlar ƏLİBƏY