Bələdiyyə seçkiləri ilə bağlı Böyük Quruluş Partiyası BƏYANAT yayıb
18:31 29.01.2025
Siyasət
518
Böyük Quruluş Partiyası dövlət qeydiyyatına alındığı 2005-ci ildən bəri ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etməyi özünün başlıca vəzifəsi hesab etmiş, belə siyasi kampaniyalara təşkilat strukturlarının fəallığının artırılması, seçki təcrübəsinin zənginləşdirilməsi, rəqabət mühitində imkanların sınaqdan çıxarılmaısı fürsəti kimi yanaşaraq, ona xüsusi əhəmiyyət vermişdir. Ötən ilin dekabr ayında keçirilən Ali Məclisin iclasında partiyanın bələdiyyə seçkilərində iştirakının məqsəduyğunluğu barədə qərarın qəbul edilməsi də bu mənada təsadüfi deyildi.
2025-ci il bələdiyyə seçkilərində həm partiyanın rəhbər orqanı tərəfindən, həm də öz təşəbbüsləri ilə namizədliyi irəli sürülmüş partiya təmsilçiləri müxtəlif bələdiyyələr üzrə seçkilrədə iştirak etmişdir. İrəli sürülən namizədlərə toplanan imzaların yoxlanması, namizədliklərin qeydə alınması da daxil olmaqla seçki proesesinin bütün mərhələlərində bərabər imkanlar yaradılmış, qanunvericiliyə riayət edilmişdir.
Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat mərhələsi Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə davam etmiş, təbliğat işlərini lazımi qaydada apara bilmələri üçün açıq və qapalı məkanlar ayrılmış, bu barədə hər hansı maneələrə rast gəlinməmişdir.
Seçki günü Böyük Quruluş Partiyasının 700 müşahidəçisi dairə və məntəqələrdə seçki prosesini yaxından izləmiş, səsvermədə iştirak edən seçicilərin öz iradələrini sərbəst və azad şəkildə ifadə etmələrinin şahidi olmaqla seçkilərin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit etmişlər. Müşahidəçilərə seçici siyahıları ilə tanış olmaq, seçki məntəqəsinin səsvermə otağında olmaq, seçicilərə bülletenlərinin verilməsini müşahidə etmək, onların sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, səsvermənin nəticələri və məntəqələr üzrə səsvermənin yekun protokollarının sənədləşdirilməsini sərbəst müşahidə etmək imkanı yaradılmışdır. Səsvermənin təşkili və seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməmişdir. Bələdiyyə seçkiləri ilə bağlı elan edilən ilkin nəticələr eksitpolun açıqlamalrı ilə ziddiyyət təşkil etməmişdir.
Böyük Qururluş Partiyası azad, demokratik, geniş siyasi rəqabət mühiti şəraitində gerçəkləşən və ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan builki bələdiyyə seçkilərini idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələ hesab edir və ümid edir ki, seçkili orqan kimi bələdiyyə institutu geniş səlahiyyət və imkanlar əldə etməklə yaxın gələcəkdə nüfuzlu və təsirli yerli özünüidarə orqanına çevriləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə
Pezeşkian mühafizəkar xəttə məcbur edilir - ŞƏRH
16:58 19.01.2026
Siyasət
Özbəkistan Prezidenti Donald Trampın təklini qəbul etdi
16:51 19.01.2026
Dünya
Qırğızıstanda aliment ödəməyənlər həbs olunacaq
16:27 19.01.2026
Dünya
Ərdoğan: Artıq izləyən deyil, izlənən bir Türkiyə var
16:22 19.01.2026
Gündəm
Tramp Qəzza Sülh Şurasına Putini də dəvət etdi
16:19 19.01.2026
Gündəm
Pandemiya dövrü əməkhaqqı dəstəyi uzadıldı
16:17 19.01.2026
Sağlamlıq
Qara görə Cəlilabad - Yardımlı avtomobil yolu bağlandı
16:12 19.01.2026
Ekologiya
SHXÇDX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
16:06 19.01.2026
Ölkə
"Qarabağ"ın oyununa satılan biletlərin sayı bilindi
15:31 19.01.2026
Futbol
Bakıda 3 dərəcə şaxta olacaq
15:24 19.01.2026
Ekologiya
Yaponiya parlamenti yanvarın 23-də buraxılacaq
15:04 19.01.2026
Dünya
İran XİN rəhbəri Davos Forumunda iştirak etməyəcək
14:52 19.01.2026
Dünya