Ermənistanın hakim partiyasının seçki siyahısı üzrə 300 nəfərin namizədliyi təsdiqlənib

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki siyahısı üzrə təxminən 300 nəfərin namizədliyi təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

“Artıq filtrasiya mərhələsi başa çatıb. Siyahını konqres formalaşdıracaq, ilkin hissəsi bir az fərqli (ilk 50 və ya 100 nəfər), qalanları isə başqa məntiq əsasında olacaq”, - spiker deyib.

Simonyanın sözlərinə görə, siyahını tək bir şəxs deyil, təxminən 1000 nümayəndədən ibarət konqres formalaşdıracaq. Konqres yaxın zamanda keçiriləcək.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyun ayına planlaşdırılıb.