Marin Le Pen NATO-nu islamçılarla mübarizə çağırır

NATO ölkələri islamçılarla mübarizə aparmaq üçün fəaliyyətlərinə yenidən baxmalıdırlar. 
“Sherg.az” xəbər verir ki, bu barədə Fransa prezidentliyinə namizəd, “Milli Birlik” partiyasının lideri Marin Le Pen bildirib.
Marin La Pen, radikal İslam tərəfdarlarını müasir dünya üçün əsas təhlükə adlandırıb:
“Düşünürəm ki, ilk növbədə NATO-nun islamçı fundamentalizmlə mübarizəyə istiqamətini dəyişmək lazımdır”.

Le Pen, həmçinin Avropa Birliyinin güc strukturlarını Rusiya və ABŞ arasında Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara töhfə vermədiklərinə görə tənqid edib. Onun fikrincə, ittifaq o qədər zəifdir ki, Ukrayna böhranında öz sözünü deyə bilmir.

Çimnaz ŞAHLAR