İstanbulda avtobus dərəyə aşıb, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində, Şimali Mərmərə şosesində sərnişin avtobusu dərəyə yuvarlanıb.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib.