Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb.
AZƏRTAC xəbər verir ki, AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi “Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib. Müdafiə Nazirliyinin nümayəndəsi deyib: “Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”.
Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib: “Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”.
Az sonra məlum olub ki, alman səfiri bu məsələyə dair izahat vermək üçün Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb.