İranda koronavirusdan ölənlərin sayı 132 230 nəfərə çatıb

İranda ötən sutka ərzində 28 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 230 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 5 145 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 625 0490 nəfərə çatıb.