Kanadada pis hava səbəbindən 50 min insan işıqsız qalıb


Kanadanın şərqində pis hava şəraiti səbəbindən təxminən 50 min insan işıqsız qalıb.

"Report" xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Sulu qar nəticəsində çoxlu sayda elektrik naqilləri sıradan çıxıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.