Ermənistanda COVİD-19-dan ölənlərin sayı 8 086 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 389 957 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 2 467 nəfər COVİD-19-a yoluxub, 5 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 8 086 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1554 nəfərə yüksəlib.