ABŞ səfiri İvanişvili ilə bağlı sualı belə cavablandırdı: "Bizim onunla əlaqəmiz yoxdur"

"Cənab İvanişvili güclü təsirə malik bir gürcüdür. O, siyasətdən getmək qərarı aldı və bu qərardan sonra, bizim onunla əlaqəmiz yoxdur".

24News.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə verdiyi müsahibəsində bildirib.

O deyib ki, İvanişvili Gürcüstanda biznes, təhsil və digər sahələrə öz töhvəsini verib:

"Biz hər bir ölkədə əsasən xalq tərəfindən seçilmiş liderlərlə əməkdaşlıq edirik. Həmçinin, biz cəmiyyətin müxtəlif təbəqələrində, iqtisadiyyat sahəsində, biznesdə, mediada təsir dairəsinə malik insanlarla da əlaqə saxlayırıq.

Aydın məsələdir ki, İvanişvili  böyük təsir dairəsinə malik bir gürcüdür. O, biznes, təhsil və digər sahələrə öz töhvəsini verib. Onun yaratdığı partiya bu gün ölkəni idarə edir.

Bir çox gürcü onun xidmətlərini hörmətlə yanaşır. O, siyasətdən getmək qərarı aldı və bundan sonra, bizim onunla əlaqəmiz yoxdur", - deyə Deqnan əlavə edib.