Rusiya ordusu Ukraynanın Xerson şəhərini tamamilə nəzarətə götürüb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Şəhərdə mülki infrastruktur, sakinlərin təminatı ilə məşğul olan obyektlər və ictimai nəqliyyat gündəlik fəaliyyət göstərir”, - Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.
Rusiya tərəfinin məlumatında həmçinin vurğulanır ki, silahlı qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Mənbə: RİA Novosti