Rusiya və Almaniya liderləri Ukraynanı müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Almaniya kansleri Olaf Şoltzla telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Bildirilib ki, danışıqların başlıca mövzusu Ukraynadakı müharibə olub.
Putin və Şoltz siyasi və diplomatik səyləri, xüsusən də Rusiya və Ukrayna arasındakı danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.
Liderlər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.