“Nestle” Rusiyadakı bütün kapital qoyuluşlarını dayandırır


Dünyanın ən böyük qablaşdırılmış qida istehsalçısı olan “Nestle” Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini məhdudlaşdırır.

Şirkətdən verilən açıqlamaya görə, “Nestle” Rusiyaya sərmayə yatırmağı və məhsullarını bu ölkədə reklam etməyi dayandırır.

Eyni zamanda, şirkət Rusiyaya əsas ərzaq məhsullarının tədarükünü davam etdirəcək.

Xatırladaq ki, “Nestle” “Maggi”, “Kitkat”, “Gerben”, “Nescafe”, “Friskies”, “Purina” kimi çoxsaylı brendlərin sahibidir.

Mənbə: “Unian”