ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın Leninqrad şəhərinin II Dünya müharibəsi dövründə nasistlər tərəfindən hərbi blokadası ilə hazırda Ukraynanın Mariupol şəhərində baş verənlər arasında paralellər aparıb.

Bu barədə E.Blinken “Twitter” hesabında yazıb.

“II Dünya müharibəsi zamanı Leninqradın blokadası hər bir rusiyalıya məlumdur. Təəssüf ki, tarix təkrarlandı, indi Rusiya hökuməti Ukrayna şəhərlərini aclıqla qəddarcasına öldürür”, - deyə o bildirib.