Rusiya Ukrayna ilə müharibəyə özəl mühafizə şirkətlərini cəlb edir  - VİDEO


Ukrayna Təhlükəsizlik Xidməti əsir götürülən rusiyalı hərbçinin dindirilməsi zamanı Rusiyanın Ukrayna ilə müharibəyə özəl mühafizə şirkətlərini cəlb etdiyini bildirən video yayıb.

Videosunda əsir düşən şəxs etiraf edir ki, 2 000 ABŞ dolları müqabilində Rostovda mühafizə şirkətinə işləməyə gedib. O, mülki şəxs olduğu halda, məlumatı gizli saxlanılan yükü çatdırmaq üçün işə götürülüb.

Sonradan məlum olub ki, onun vəzifəsi Xarkovun yaşayış məntəqələrinin bombalanması üçün 2 KAMAZ döyüş sursatı çatdırmaq olub.

Ukrayna hərbçiləri düşmən kolonunu tamamilə darmadağın edib. Videodakı rusiyalının isə şansı gətirib - o, sadəcə yaralanıb.

Həmin şəxs rusiyalılara müraciət edərək deyib ki, Ukraynaya gəlməsinlər, burada günahsız insanlar həlak olur.