Ukraynada azərbaycanlılar mühasirəyə düşdü


Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

“Report”un Şərqi Avropa bürosu Afaq Həmidova ilə bu gün əlaqə yaradıb.

O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün humanitar dəhlizi gözləyirlər.

“Mariupolda demək olar ki, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - deyə A.Həmidova bildirib.