Lavrov:"...Putin və Zelenski görüşə bilər"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin vasitəçiliyi ilə Antalyada keçirilən Rusiya-Türkiyə-Ukrayna üçtərəfli xarici işlər nazirlərinin görüşündən sonra danışıb.
“Sherg.az” S.Lavrovun açıqlamasında bildirib ki, Ukrayna prezidenti V.Zelenski Rusiyanı anlamağa başlayıb:
“Ukrayna ərazisində bioloji laboratoriyalar yaranırdı. Biz Qərb tərəfdaşlarımızın vicdanına və ağlına müraciət edərək razılığa gəlmək istədik. O zaman bizi başa düşdülər, amma “NATO üzvlüyünə heç vaxt qarışmayın” dedilər. Bəs, NATO bizim təhlükəsizliyimizin maraqlarına cavab verən məsələlərdə necə qərar verə bilər? Biz Ukraynadakı fəaliyyətimizə haqq qazandırmağa çalışmırıq. Məqsədlərimizi açıq şəkildə bəyan etmişik. Biz yeni nasist hökuməti istəmirik. Biz Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq. Zelenski bizi anlamağa başlayıb. Putin və Zelenski görüşə bilər, Putin buna qarşı deyil”.

Çimnaz