XİN başçısı:"Rusiya ölüm-dirim mübarizəsi aparır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin vasitəçiliyi ilə Antalyada keçirilən Rusiya-Türkiyə-Ukrayna üçtərəfli xarici işlər nazirlərinin görüşündən sonra danışıb.
“Sherg.az” xəbər verir ki, S.Lavrov Rusiyanın ölüm-dirim savaşı apardığını bildirib:
“Xalqımız çətinliklərlə üzləşir, lakin biz bu böhrandan sağlam şəkildə çıxacağımıza ümid edirik. Ümid edirik ki, hər kəs bu böhrandan şüurlu şəkildə çıxacaq. Biz heç bir Qərb ölkəsindən asılı olmamaq istəyirik.
Rus mənşəli hər şeyə hücum var. Qərbin bizim fəaliyyətimizə reaksiyası çox sərtdir. Burada o, ölüm-dirim mübarizəsi aparır. Rusiya dünyanın siyasi xəritəsində öz qanuni maraqlarını nəzərə alaraq ölüm-dirim mübarizəsi aparır”.

Çimnaz