Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Ukrayna-Türkiyə-Rusiya üçtərəfli Xarici işlər nazirləri toplantısına münasibət bildirib.
Bu barədə "sherg.az" "cnntürk"ə istinadən xəbər verir.
Sözçü Zhao qeyd edib ki, Çin tərəfi nazirlərin Antalyadakı görüşü də daxil olmaqla, Rusiya-Ukrayna müharibəsinin həlli üçün edilən bütün diplomatik səyləri alqışlayır.
Çin rəsmisi danışıqların qarşılıqlı prinsip əsasında aparılmasını arzuladığını vurğulayıb.
Xanlar ƏLİBƏY