Xarici işlər naziri Dmitri Kuleba əmin edib ki, Ukraynanın Aİ-yə daxil olması heç bir halda Ukraynadakı vəziyyəti pisləşdirməyəcək.
“Mən hələ də Ukraynanın Aİ-yə üzvlüyünün Rusiya ilə əlaqəsi olan məsələ olduğuna inanan skeptiklərə müraciət etmək istəyirəm. Əslində Putinin özü bizim NATO-ya olan istəklərimizə köklənib, amma bu, bizim Aİ-yə daxil olmağımızla bağlı deyil. Ukraynanın Aİ-yə üzvlüyünün hansısa yolla vəziyyəti daha da pisləşdirə biləcəyi ilə bağlı arqument inandırıcı deyil. Mən hələ də bu nöqteyi-nəzərdə olan hər kəsi bu məntiqdən əl çəkməyə çağırıram”, - Kuleba bildirib.
Mənbə: rbc.ua