Müharibə nəticəsində Ukraynaya dəymiş zərərin məbləği açıqlandı


Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində ölkəyə dəymiş ziyan 100 milyard dolları keçib.

Rusiya qoşunları Ukraynada infrastrukturu, binaları və digər maddi sərvətləri məhv edib.

Ustenkonun sözlərinə görə, ölkənin biznes sektoru dağıdılıb. Hazırda müəssisələrin 50%-i işləmir, işləyənlər isə tam gücündən az işləyir.

O əlavə edib ki, Ukraynanın maliyyə sistemi və valyutası mövcud şəraiti nəzərə alaraq sabit qalır.

Həmçinin, Ustenko vurğulayıb ki, Ukraynanın müharibədən sonrakı tikinti xərcləri çox böyük olacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 15 gündür ki, davam edir.

Mənbə: rbc.ua