Zelenski İsrail Knesseti qarşısında çıxış edəcək


Ukrayna prezidenti Volodimir Zelenski tezliklə İsrail parlamenti qarşısında (Knesset) çıxış edə bilər.

Tərəflər tarix barədə razılığa gəliblər.

Bu barədə jurnalist Amişay Şteyn “Twitter”də məlumat verib.

“İsrail Knessetinin sədri və Ukraynanın İsraildəki səfiri Zelenskinin İsrail Knesseti qarşısında çıxışı üçün vaxt təyin etmək barədə razılığa gəliblər”, - o qeyd edib.