Litva Prezidenti: “Ukraynanın Avropa İttifaqına qəbulunu dəstəkləyirik” 


Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, Avropanın lider ölkələri Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulunu dəstəkləyiblər.

Litva prezidenti bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Beş saatlıq qızğın müzakirələrdən sonra Aİ liderləri Ukraynanın Avropaya inteqrasiyasına “hə” dedilər. Proses başlayıb. İndi bunu nə qədər tez başa çatdıracağımız bizdən və ukraynalılardan asılıdır. Qəhrəman Ukrayna xalqı bilməyə layiqdir ki, onlar Aİ-də xoş qarşılanırlar”, - Qitanas Nauseda vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl də Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiyanın bu ölkədəki hərbi əməliyyatını dayandırdıqdan sonra Ukraynanın Aİ-yə qəbul edilməsinə yardım etməyə hazır olduqlarını bəyan etmişdilər.