Ukraynanın Lutsk şəhəri atəşə tutulub, ölən və yaralananlar var

Ukraynanın Volın əyalətindəki Lutsk şəhəri Rusiya ordusu tərəfindən hücuma məruz qalıb, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Volın Vilayət Dövlət Administrasiyasının rəhbəri Yuriy Poqulayko feysbuk səhifəsində yazıb.

“Bu gün səhər saat 05.45-də Rusiya Federasiyası ordusuna məxsus bombardmançı təyyarə tərəfindən 4 raket Lutsk hərbi hava limanına buraxılıb. İndiyədək həlak olmuş 2 hərbçi tapılıb, 6 nəfər müxtəlif xəsarətlər alıb”, - o bildirib.