Lukaşenko Moskvada: Qovluğunda nələr var? 

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib.
“Sherg.az“  “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko və Putin ikitərəfli əlaqələrlə yanaşı, Ukraynadakı son hadisələri, sanksiyalar altındakı iqtisadi əlaqələri və regionda baş verən prosesləri müzakirə edəcəklər.

Qeyd edək ki, Ukrayna sərhədində birgə hərbi təlimlərə imza atan iki ölkə lideri sonuncu dəfə fevralın 19-da görüşüblər. Bu ilin əvvəlindən Rusiya qoşunları Belarusa yerləşdirilməyə başlayıb. Minlərlə əsgərin Belarusa göndərilməsi “Soyuq Müharibə” dövründən bəri Rusiyanın Minskə ən böyük hərbi göndərişi kimi qeydə alınıb.

Çimnaz