“Facebook” və “Instagram”ın ruslara qarşı zorakılığa və Vladimir Putinin ölümünə səsləyən paylaşımlara icazə verəcəyi iddia olunur.
“Sherg.az” "The Independent"ə istinadən xəbər verir ki, mediaya sızdırılan məlumatlara görə, “Meta” şirkəti əksər Avropa ölkəsində Ukraynadakı müharibə ilə bağlı yazılar üçün nifrət nitqi siyasətini müvəqqəti olaraq dəyişəcək. Şirkətin müvəqqəti siyasət dəyişiklikləri Latviya, Litva, Estoniya, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Rusiya və Ukraynaya şamil edilir. Yayılan məlumatlarda Vladimir Putinlə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölümünə çağıran yazılara da icazə veriləcəyi göstərilir.
Qeyd edək ki, Rusiyanın dövlət mediası “RT” və “Sputnik” Avropada bloklanıb. Hazırda ölkədə “YouTube” və “Facebook”un da fəaliyyəti dayanıb.
Çimnaz