Böyük Britaniyanın Müdafiə Nazirliyi:“Rusiyanın Kiyevə yeni hücum planı...”

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya - Ukrayna müharibəsi barədə açıqlama yayıb. 
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, nazirlik şimal qonşumuzun yaxın günlərdə Ukraynanın paytaxtına qarşı yeni hücuma hazırlaşdığını bəyan edib: 

“Rusiyanın işğaldan əvvəlki planına uyğun şəkildə müvəffəqiyyət əldə etməsi ehtimalı çox azdır. Maddi-texniki problemlər və Ukraynanın güclü müqaviməti onun irəliləyişinə mane olub. 
Rəsmi Moskva qüvvələrini yenilənmiş hücum fəaliyyəti üçün bərpa etməyə və yenidən mövqe tutmağa çalışır. Bu, çox güman ki, paytaxt Kiyevə qarşı əməliyyatları əhatə edəcək”.

Cəmilə ƏZİM