Finlandiya prezidenti Zelenski ilə danışıb! – Dəstək və yardımı müzakirə ediblər

Finlandiya prezidenti Sauli Niinistö cümə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb."Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, S.Niinistönün Rusiya prezidenti Vladimir Putinlə də danışacağı gözlənilir.
Rəsmi Helsinki höküməti bəyanat verib:

“Prezidentlər Ukraynadakı müharibənin vəziyyətini,  Finlandiyanın rəsmi Kiyevə dəstəyini və yardımını müzakirə ediblər. 

Xüsusi mövzular humanitar dəhlizlər və nüvə obyektlərinin təhlükəsizliyi zəmnində mülki şəxslərin evakuasiyasının təmin edilməsi zərurəti idi. Prezidentlər təmaslarını davam etdirməyə razılaşıblar”.

Niinistö ilə Putin arasında danışıqların cümə gününə planlaşdırıldığı da əlavə edilib.
Qeyd edək ki, Finlandiya Rusiya ilə həmsərhəddir və iki ölkə uzun müddətdir neytral münasibətdədir. Finlandiya NATO-nun üzvü deyil.

Bununla belə, Niinistö martın 4-də Oval kabinetdə ABŞ prezidenti Co Baydenlə görüşü zamanı öz ölkəsi üçün cəsarətlə döyüşən Ukrayna xalqına rəğbətini ifadə edib.

Cəmilə ƏZİM