Qazaxıstanın "Qazaq Air" aviaşirkəti uçuşları bərpa etdiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə aviadaşıyıcıdan bildiriblər.
""Qazaq Air" aviaşirkəti bildirir ki, 13 mart 2022-ci il tarixindən etibarən Rusiyaya bütün planlaşdırılmış reyslər bərpa olunacaq və biletləri bron etmək üçün əlçatan olacaq", - deyə qeyd olunub.
Şirkət 12 mart 2022-ci il tarixində uçuşun ləğv edilməsi ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.