Fransa Xarici İşlər Nazirliyi Ukraynada törədilən cinayətlərin təhqiqatını dəstəkləmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) 500 min avro (548,715 dollar) maliyyə vəd edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, açıqlamaya görə, rəsmi Paris prokurorun istintaqını ən yaxşı şəraitdə aparılmasına əmin olmaq üçün müstəntiq və ekspertlər təyin edəcək.
Bəyanatda əlavə edilib ki, Fransanın ədliyyə naziri Erik Dupond-Moretti Haaqada ədliyyə nazirlərinin görüşündə digər dövlətləri BCM-yə dəstəyi artırmağa təşviq edəcək.
Beynəlxalq Cinayət Məhkəməsi martın 2-də Ukraynadakı vəziyyət kontekstində törədilmiş cinayətlər üzrə istintaqa başlayıb. 2013-cü ildən bu günə qədər olan hadisələr baxılacaq .
ABŞ hökuməti çərşənbə günü rəsmi olaraq Rusiya silahlı qüvvələrinin üzvlərinin Ukraynada hərbi cinayətlər törətdiyini bəyan edib.
ABŞ dövlət katibi Antoni Blinken bəyanatında bildirib:
"Hazırda mövcud olan məlumatlara əsasən, ABŞ hökuməti Rusiya qüvvələrinin Ukraynada hərbi cinayətlər törətdiyini qiymətləndirir.
Bizim qiymətləndirməmiz ictimai və kəşfiyyat mənbələrindən əldə edilən məlumatların diqqətlə nəzərdən keçirilməsinə əsaslanır”.