Sloveniya Ukraynanın paytaxtı Kiyevdə öz diplomatik fəaliyyətini bərpa edən ilk xarici ölkə olub.
Sloveniyanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Boştyan Lesyak artıq Kiyevə dönüb, diplomat səfirlik binasının qarşısında Sloveniya bayrağını dalğalandırıb.
Öz növbəsində Sloveniya Baş naziri Yanez Yanşi də diplomatların tam heyətdə Kiyevə dönəcəklərini qeyd edib.