“O, Rusiyadan qorxur, vəssalam”.
“Report” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi dəstəkdən imtina etdiyini bildirərəkən deyib.
Ukrayna lideri müsahibəsində Böyük Britaniyanın Baş naziri Boris Consonun daha fəal olduğunu bildirib: “Onlar silah göndəriblər. Çünki britaniyalılar Ukraynanın bütövlükdə dəstəkləyirlər. Düzünü deyəcəyəm. Conson daha çox yardm edən liderdir. Britaniya bizim tərəfdədir. O, tarazlıq yaratmağa cəhd etmir. Britaniya yaranmış vəziyyətə alternativ çıxış yolu görmür. Britaniya Ukraynanın udmasını, Rusiyanın isə uduzmasını istəyir. Ancaq müharibənin uzanıb-uzanmamasını Britaniyanın istəyib-istəmədiyini deyə bilmərəm”.
Onun sözlərinə görə, Almaniya gözləmədədir və Ukrayna ilə Rusiyaya münasibətdə tarazlıq yaratmaq istəyir: “Onların Rusiya ilə münasibətləri çoxdan davam edir. Almaniya vəziyyətə iqtisadi prizmadan yanaşır. Onlar davamlı olaraq yardım edirlər. Fikrimcə, hadisələrin inkişafına əsasən vəziyyətə uyğunlaşmağa çalışırlar. Almaniya vəziyyətin ölkələrinə necə təsir etdiyinə də baxırlar”.