Ən böyük beynəlxalq pivə şirkətlərindən biri “Heineken” Rusiya bazarını tərk edir.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, şirkətin ölkədəki biznesi üçüncü tərəfə veriləcək.
“Fəaliyyətlərimizə dair əvvəllər elan etdiyimiz strateji icmaldan sonra belə qənaətə gəldik ki, Rusiyada “Heineken” biznesinin saxlanması indiki şəraitdə artıq təhlükəsiz deyil. Buna görə də biz Rusiyanı tərk etmək qərarına gəldik”, - deyə şirkətin press-relizində bildirilir.
Xatırladaq ki, martın əvvəlində şirkət Rusiyaya pivə ixracının və ölkədə yeni investisiya layihələrinin dayandırıldığını bəyan etmişdi.
Mənbə: RİA Novosti