113 yaşlı Xuan Vinsente Mora Ginnesin Rekordlar Kitabına düşüb

Venesuelalı 113 yaşlı Xuan Vinsente Mora dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. 112 il 355 gün ömrü ilə ən uzun yaşayan kişi olan Mora, uzun ömür sürməsinin sirrinin "Allah sevgisi, ailə sevgisi və işə erkən qalxmaq" olduğunu söyləyib.Mora hər günə bir fincan qəhvə ilə başladığını və yemək vaxtlarını ailəsi ilə keçirdiyini də vurğulayıb.

“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, Moranın 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötükcəsi var Mora bildirib ki, dostları və ailəsin onun ən böyük həyat yoldaşlarıdır.

Mora, 1937-ci ildə Ediofina del Rosario García ilə evlənib. 60 il birlikdə yaşadıqdan sonra 1997-ci ildə həyat yoldaşını itirdiyini və son 20 ilin onsuz keçdiyini söylədi. İlk fotoşəkilini 51 yaşında ağ-qara çəkdirdiyini deyən Mora internet və televiziya kimi bir çox mühüm ixtiraların əvvəlini və sonrasını gördüyünü vurğulayıb.