Böyük Britaniyanın paytaxtı Londonda nümayişlər keçirilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, nümayişlərin keçilmə səbəbi kimi ölkədəki inflyasiyanın 9 faizə çatması göstərilir. Qiymət artımına qarşı nümayişlərdə iştirak edən nümayişçilər kilometrlərlə yol qət edərək Parlament Meydanına çatıblar.
Onlar ən əsası tələb - “maaşları artırın, ödənişləri azaldın” tələblərini irəli sürüblər.