Hər kəs ora axışdı: Təkcə əyalətlərdən deyil, xaricdən də  gələnlər  var

Türkiyənin Ədirnə bölgəsində keçirilən 5-ci Lavanda Tarlası Günlərində vətəndaşlar şəkil çəkdirmək üçün bənövşəyi tarlalara axışıb.
Trakya Sənaye Tədqiqatları İnstitutu tərəfindən bu il 5-ci dəfə təşkil edilən Lavanda Tarlası Günləri Yunanıstan və Bolqarıstanla yanaşı, mərkəzi və ətraf əyalətlərdən də çoxlu sayda ziyarətçinin marağına səbəb olub. Bənövşəyi tarlalara gələn qonaqlarla yanaşı, bəy-gəlin və  məktəblilər, tələbələr də maraqlı  fotolar çəkdiriblər.