ABŞ-da xaos: Yüzlərlə aviareys təxirə salınıb

Bir tərəfdən ABŞ-da 19 İyunun federal bayram kimi qeyd olunması ilə əlaqədar səyahət intensivliyi artdı, digər tərəfdən isə sərt hava şəraiti və kadr çatışmazlığı səbəbindən uçuşların təxirə salınması problemlər yaratdı.
Sherg.az xarici media istinadən xəbər verir ki, həftə sonu ABŞ-da 1500-ə yaxın reys ləğv edilib.

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) verdiyi açıqlamada, 2021-ci ilin Şükran Günü bayramından bu yana bu həftə sonu ən çox sərnişin gördüyünü bildirilib.

Məlumatlara görə, iyunun 17-də hava limanlarında 2 milyon 440 minə yaxın sərnişin yoxlanılıb.

Digər yandan uçuşların təxirə salınması hava limanlarında xaos yaradıb.

Uçuşları izləyən FlightAware-in məlumatına görə, iyunun 17-də təxminən 1500 reys ləğv edilib, 9 minə yaxın reys gecikib.

Bildirilib ki, ləğv və təxirə salınmalara ölkənin müxtəlif bölgələrində kəskin hava şəraiti, habelə Kovid-19 epidemiyası ilə bağlı aviaşirkətlərdə kadr çatışmazlığı və infrastruktur çətinlikləri səbəb olub.