Rus hərbiçiləri yenidən Gürcüstan sərhəddini pozmağa cəhd ediblər

İyunun 18-19-da Qori bələdiyyəsinin Xurvaleti kəndi yaxınlığındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qeyri-qanuni qondarma sərhədləşdirmə prosesinə başlayıblar.

24News.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, faktla bağlı dərhal qaynar xətt aktivləşdirilib, EUMM və Cenevrə danışıqlarının həmsədrləri məlumatlandırılıb. Bu məsələ Erqneti İnsidentinin Qarşısının Alınması və Cavab Mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində kəskin şəkildə qaldırılacaq.

Bildirilib ki, qeyri-qanuni sərhəd keçidi və onun daxilindəki qeyri-qanuni sərhəd sədləri sərbəst gediş-gəlişi əngəlləyir, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və öşğal qüvvəsi hazırkı proses üçün tam məsuliyyət daşıyır.