Gürcüstanda aksiya: höküməti istefaya çağırırlar

Gürcüstanda əhali höküməti istefaya çağırır. Ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesini dəstəkləyən nümayişçilər iyunun 23-də Avropa liderlərinin Gürcüstana “namizəd ölkə” statusu verməməsində hökuməti günahlandırır.
“Sherg.az”  HaberTürk-ə istinadən xəbər verir ki, onların əsas istəyi baş nazir İrakli Qaribaşvilini istefa verməsidir.

Dünən axşam saatlarından paytaxt Tbilisidə küçələrə çıxan nümayişçilər Parlament binası qarşısına toplaşaraq hökumət əleyhinə nümayiş keçirirlər. İzdiham səbəbindən paytaxtın əsas küçəsi olan Şota Rustaveli bağlayan nümayişçilər Gürcüstanın dövlət himni və AB himnini oxuduqdan sonra hökumət əleyhinə şüarlar səsləndiriblər.

Ukrayna və Moldovaya “namizədlik” statusu verildiyini, Gürcüstana isə yalnız “Avropa perspektivi”nin təqdim edildiyini bildirən nümayişçilər indiki hakimiyyətə artıq güvənmədiklərini deyiblər.