İranın energetika naziri Azərbaycana səfər edəcək

İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana səfər edəcək.
Məlumata görə, onu səfəri bir günlük olacaq.
Nazirin bu gecə Bakıya gələcəyi bildirilib. Onun ölkə rəsmiləri ilə görüşləri isə iyulun 6-na planlaşdırılıb.
Həmçinin, qeyd olunub ki, səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Mənbə: IRNA