Rumıniya Ukrayna sərhədçilərinə zirehli gödəkçələr verib

Rumıniya Ukrayna sərhədçiləri üçün 500 dəst zirehli gödəkçə və dəbilqə göndərib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, ləvazimatlar Ukraynanın Budapeştdəki səfirliyi vasitəsi ilə çatdırılıb.

Ukraynanın Sərhəd Xidməti bildirir ki, mart ayından indiyədək Rumıniya onlara 1,3 milyon dollarlıq geyim və digər vasitələr göndərib.