Fransa hökuməti elektrikə qənaət üçün məsafədən işləmə müddətini uzada bilər

Fransa hökuməti elektrikə qənaət üçün məsafədən işləmə müddətini uzada bilər.

"Report" xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Belə ki, hökumətin işçi qrupu enerjiyə qənaət məqsədilə məsafədən iş rejiminin daha bir il uzadılmasını təklif edən Əmək Nazirliyinin təşəbbüsünü nəzərdən keçirmək niyyətindədir.

Qeyd edilir ki, məsafədən işləmə müddətinin 2023-cü ilə qədər uzadılması mövcud böhran şəraitində enerji istehlakını azaltmağa kömək edəcək. Xüsusilə, uzaqdan işləyərkən, müəssisələr daha az elektrik istifadə edə biləcəklər.