Blinken BMT-nin  yeni  təyinatını alqışlayıb

ABŞ dövlət katibi Entoni Blinken BMT-nin baş katibi Antonio Quterreşin Liviya üzrə xüsusi nümayəndəsinin təyin olunmasını alqışlayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

"Biz Abdulay Batilinin BMT-nin baş katibi Antonio Quterreşin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin Liviyadakı Dəstək Missiyasının rəhbəri təyin edilməsini alqışlayırıq", - deyə E.Blinken bildirib.